Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.

 

Tunirdə Türkiyənin yeganə təmsilçisi  "Qalatasaray" "Yuventus"u qonaq edir. "Real" "Benfika" ilə qarşılaşacaq. "Atalanta"nı "Borussiya" qarşısında çətin sınaq gözləyirsə, PSJ "Monako"nı sınağa çəkəcək. 

 

Qeyd edək ki, pley-off mərhələsinin digər oyunları növbəti gün baş tutacaq. Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək

 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

 

21:45. "Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya)

00:00. "Benfika" (Portuqaliya) - "Real" (İspaniya)

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)

00:00. "Monako" (Fransa) - PSJ (Fransa)