"Çelsi" və "Tottenhem" "Bavariya"nın müdafiəçisi Kim Min Ceni "rənglərinə bağlamaq" istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Kristian Falk sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 29 yaşlı koreyalı futbolçunun "Tottenhem"ə keçidi yeni baş məşqçinin kimliyindən asılı olacaq. "Çelsi" isə "Liverpul" ilə ortaq məxrəcə gələn Jeremi Jaketi əldə edə bilmədikdən sonra diqqətini Almaniya klubunun müdafiəçisinə yönəldib. 

 

Kim "Bavariya"nın formasını geyinməkdən məmnundur. Lakin hazırda fransız Dayot Upamekano və almaniyalı Conatan Tadan olan yerdə əsas heyətə düşməkdə çətinlik çəkir.

 

Qeyd edək ki, koreyalı müdafiəçi cari mövsümdə meydana çıxdığı 23 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı onun transfer dəyərini 25 milyon avro qiymətləndirir.