Əvəzedicilər Liqasında XVI turun daha bir qarşılaşması baş tutub. Sport24.az xəbər verir ki, turun bu gün keçirilən yeganə matçından "Zirə-2" "Araz-Naxçıvan-2"nin qonağı olub.
Matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Zirə-2" xallarının sayını 35-ə çatdıraraq liderliyə yüksəlib. "Araz-Naxçıvan-2" isə 15 xalla 7-ci pillədə qərarlaşıb.
Əvəzedicilər Liqası
XVI tur
"Araz-Naxçıvan-2" - "Zirə-2" 0:3
Qollar: E.Abdullayev,44, R.Qafarov, 45, M.Ələkbərov,80