Misli Premyer Liqasında 20-ci turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, 6 matçda ümumilikdə 6900 azarkeş qeydə alınıb.

"İmişli" - "Qarabağ" (0:1) görüşündə 3500, "Zirə" - "Karvan-Yevlax" (1:0) duelində 350, "Kəpəz" - "Neftçi" (1:3) qarşılaşmasında 700, "Araz-Naxçıvan" - "Sumqayıt" (1:0) oyununda 150, "Şamaxı" - "Turan Tovuz" (0:0) matçında 1200, "Qəbələ" - "Sabah" (0:1) görüşündə 1000 fanat tribunada əyləşib.

Qeyd edək ki, 21-ci tura fevralın 20-də start veriləcək.