Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı yalnız əla fiziki vəziyyətdə olduğu təqdirdə milli komandaya çağıracaq. Sport24.az xəbər verir ki, bu barədə UOL məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ançelotti oyunçunu çox da bəyənmir. Bu səbəbdən qərar yalnız idman amillərindən asılı olacaq.
Qeyd edək ki, Neymar zədədən sonra, bu yaxınlarda "Santos"un heyətində ilk dəfə meydana çıxıb və məhsuldar ötürmə ilə yaddaqqalıb.