"Real"ın vingeri Vinisius Junior sabiq komanda yoldaşı, hazırda "Milan"ın formasını geyinən Luka Modriç haqqında danışıb. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano sosial media hesabında paylaşım edib:

 

"Futbolda Modriç kimi heç kim yoxdur. O, dünyanın ən yaxşısıdır. Keçən il "Real"da idi, indi isə "Milan"ın uğurları üşün çalışır.

Onun üçün çox darıxıram. O, bizə həmişə nəsə öyrədirdi. Məşqdə belə məğlub olmağı sevmirdi. Uduzanda həmişə əsəbləşirdi". 

 

Qeyd edək ki, xorvatiyalı müdafiəçi ötən ay "Kral klubu"ndan ayrılaraq "Milan"la 1+1 şərti ilə müqavilə imzalayıb.