"Kəpəz"in futbolçusu Şakir Seyidov Sport24.az-a müsahibə verib.
- Misli Premyer Liqasının XX turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzdunuz. Səncə, bu nəticəyə səbəb nə oldu?
- Matça çox yaxşı hazırlaşmışdıq. Təəssüflər olsun ki, adi səhvlərdən qol buraxdıq. Bu qarşılaşmanı unutmalıyıq. Artıq növbəti görüş haqqında düşünəcəyik.
- Sonuncu yerdəki "Karvan-Yevlax"la 7 xallıq fərqin olması sizdə arxayınlıq yaradır?
- Heç bir rahatlıqdan söz gedə bilməz. Bizdən irəlidə olan klublara çatmaq istəyirik. İndiki durumda layiq olmadığımız yerdəyik. Birlikdə çalışmalı və bu vəziyyətdən çıxmalıyıq.
- Növbəti turda çempionluğa iddialı "Sabah"la üz-üzə gələcəksiniz. "Qarabağ"la oyundakı nəticəni təkrarlaya bilərsiniz?
- "Sabah" çox güclü komandadır. Geniş heyətləri var. Biz də bu matça xal qazanmaq üçün çıxacağıq. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirə bilsək, hər şey yaxşı olacaq.
- Səncə, "Kəpəz"in ev oyunlarını Gəncə keçirə bilməməsi komandanın oyunlarına təsir edir?
- Əlbəttə. Öz meydançamızda oynasaq, əlavə üstünlük olar. Amma azarkeşlərimiz bizi daim dəstəkləyirlər. Harada oynamağımızdan asılı olmayaraq yanımızdadırlar.
- Mövsümün sonuncu klubunu dəyişmək ehtimalı varmı?
"Kəpəz"lə müqaviləm var. Hazırda komandanın uğurlar qazanmasına köklənmişəm.
- Ümumiyyətlə yenidən legioner həyatı yaşamağı planlaşdırırsan?
- Bəli. Daha əvvəl qısa da olsa, ölkə xaricində çıxış etmişəm. Həmin vaxt icarə əsasında oynayırdım. Sonra klubum geri qaytarmışdı. Yenidən legioner həyatı yaşamaq istəyirəm