AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb. Sport24.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin "Austriya" (Avstriya) – "Sparta" (Çexiya) cavab matçının UEFA nümayəndəsi olacaq.

 

Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən "Franz-Horr" stadionunda baş tutacaq.

 

Qeyd edək ki, komandalar arasında Çexiyada keçirilən ilk görüş qolsuz başa çatıb.