“Kayrat” Qazaxıstan çempionatının 25-ci turunda “Astana”nı məğlub edib – 1:0. Sport24.az xəbər verir ki, Almatı təmsilçisi bu qələbəyə görə 100 milyon təngə (235 min dollar) mükafat alacaq.

Bu barədə “meta-ratings.kz” saytı məlumat yayıb. Adı açıqlanmayan şəxs “Kayrat” komandasına 100 milyon təngə vəd edib.

“Kayrat” Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”, “Bazel” (İsveçrə) və “Omoniya” (Kipr) ilə mübarizə aparır.

Qazaxıstan təmsilçisi 3-cü turda Bakıda “Qarabağ”a uduzub – 1:2.