"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhəəsindəki rəqibi olan Fransa "Marsel"i heyətini yeni hücumçu ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Arsenal"da çıxış edən Pyer-Emerik Obameyanqla maraqlanır.

Sadəcə, məsələ ondadı ki, 33 yaşlı qaponlu hücumçunun çox maaş istəməsi kluba problem yarada bilər.

Bundan əlavə, "Marsel" hazırda Meksikanın "Tiqres" klubunda çıxış edən 37 yaşlı sabiq futbolçusu Andre-Pyer Jinyakın da dönüşünü nəzərdən keçirir. 

Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu 24-də evdə keçirəcək.