"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasında yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, 50 yaşlı ispaniyalı mütəxəssis karyerasında 6-cı dəfə turnirin yarımfinalına yüksəlib.

Bu, komandanın 1/4 finada Zaqreb "Dinamo"sunu hər iki görüşdə məğlub etməsiylə gerçəkləşib - 1:0; 2:1.

Emeri daha əvvəl "Arsenal" və "Valensiya" ilə yarımfinala adlayıb. O, 2013/14, 2014/15 və 2015/16 mövsümlərində  "Sevilya" ilə Avropa Liqasının qalibi olub.

Xatırladaq ki, "Vilyareeal" bu mövsüm Avropa Liqasında "Qarabağ" olan qrupda 1-ci yeri tutdu.