"Qarabağ"ın Avropa Liqasında rəqibi olan "Ayaks"ın Niderland Erediviziyasında oyunu təxirə salınıb. Sport24.az xəbər verir ki, buna polislərin keçirdiyi etiraz aksiyaları səbəb olub.

 

Etirazlara səbəb isə polis işçilərinin erkən təqaüdə çıxmaq istəyidir. Bunun üçün asayiş keşikçiləri şəhərdə səs-küylü aksiyalar keçirərək, polis bölmələrini bağlayırlar.
Hadisələrin fonunda sentyabrın 15-də "Yohan Kroyff Arena"da keçirilməsi nəzərdə tutulan "Ayaks" - "Utrext" matçı təhlükəsizlik baxımından təxirə salınıb. Bu isə o deməkdir ki, "Ayaks" növbəti çempionat oyununa 1 ay sonra çıxacaq. Onlar son dəfə avqustun 18-də "Breda"ya səfərdə 1:2 hesabı ilə uduzduqları matçda meydana çıxıblar. "Ayaks"ın növbəti görüşünün sentyabrın 18-də "Fortuna"ya qarşı keçirməsi planlaşdırırlır.

 

Qeyd edək ki, "Qarabağ" III turda Bakıda "Ayaks"ı qəbul edəcək. Matç oktyabrın 24-də baş tutacaq.