"Liverpul" aparıcı futbolçularından olan İbrahima Konateni buraxmaq istəmir. Sport24.az xəbər verir ki, Mersisayd təmsilçisi 26 yaşlı müdafiəçi ilə razılıq əldə edib və yaxın vaxtlarda yeni müqavilə imzalanacaq.

 

Konatenin müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Soşo", "Leyptsiq"də oynadıqdan sonra 2021-ci ildə "Liverpul"a keçib. 

 

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindəndir.

 

İngiltərə klubu 8-ci turda, yanvarın 28-də "Qarabağ"ı qəbul edəcək.