"Qalatasaray"ın yarımmüdafiəçisi Pşemıslav Frankovski "Renn"ə icarəyə verilib. Sport24.az xəbər verir ki, bu barədə türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

 

30 yaşlı polşalı ilə icarə müqaviləsi 2025/26 mövsümünə qədərdir.

 

Qeyd edək ki, "Qalatasaray" Frankovskini 2025-ci ilin fevralında altı aylıq icarədən sonra "Lans"dən alıb. Ümumilikdə yarımmüdafiəçi Türkiyə klubunda 15 oyun keçirib və 1 məhsuldar ötürmə edib.