Braziliyalı mərkəz müdafiəçisi David Luis "Pafos"la müqavilə imzalayıb. Sport24.az xəbər verir ki. bu barədə Kipr klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

 

38 yaşlı futbolçu son 6 ayı vətənində "Fortaleza"nın şərəfini qoruyub. 

 

Qeyd edək ki, David Luis Çempionlar Liqasının qalibi, İngiltərə çempionu və "Çelsi" ilə ikiqat Avropa Liqasının qalibi, PSJ ilə ikiqat Fransa çempionudur. O, karyerası ərzində "Flamenqo", "Benfika", "Arsenal" və "Vitoriya"nın formasını geyinib.