Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Sport24.az xəbər verir ki, mərasimdə "Qarabağ"ın da potensial rəqibi dəqiqləşəcək.

 

Ağdam klubu "Şkendiya"səddini aşağı təqdirdə "Bude-Qlimt" (Norveç), "Seltik" (Şotlandiya) klubları və ya "Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka), "Lex" (Polşa) – "Srvena Zvezda" (Serbiya) və "Ludoqorets" (Bolqarıstan) – "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.

 

Püşkatma saat 14:00-da başlayacaq.

 

Qeyd edək ki, bu mərhələnin matçları 19-20 və 26-27 avqustda olacaq.