"Qarabağ" Şimali Makedoniyaya yola düşüb. Sport24.az xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasının "Şkendiya" ilə oyununa 1 gün əvvəldən yollanıb.

 

"Köhlən atlar" Tetovo təmsilçisi ilə avqustun 5-də qarşılaşacaq. III təsnifat mərhələsinin ilk matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Qeyd edək ki, cavab oyunu avqustun 12-də Bakıda olacaq.