Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçiləri "Araz-Naxçıvan" və "Sabah" da potensial rəqiblərini tanıyacaq.
Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir. "Araz-Naxçıvan" Kiprin "Omoniya", "Sabah" isə Bolqarıstan təmsilçisi "Levski" ilə qarşılaşacaq.
Püşkatmada "Araz-Naxçıvan" - "Ominiya" cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), "Levski" - Sabah" cütü isə səpələnməmişlər səbətində yer alacaq.
Qeyd edək ki, püşkatma saat 16:00-da başlayacaq. Pley-off oyunları isə 21 və 28 avqustda keçiriləcək.