UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından əvvəl klubların növbəti mərhələ şansları açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.

Bu raundda çıxış edən cütlərin şansları faizlə göstərilib.

Azərbaycan çempionu "Qarabağ"ın aşkar favorit olduğu bildirilib. "Köhlən atlar"ın pley-offa yüksəlmək ehtimalı 85 faizdir. Komandanın rəqibi, Şimali Makedoniyanın "Şkendiya" kollektivində bu rəqəm 15 faiz olub.

Qeyd edək ki, "Qarabağ" bu rəqibə qarşı ilk matçını sabah səfərdə keçirəcək. Cavab qarşılaşması avqustun 12-də Bakıda olacaq.