"Ayaks"ın və Niderland millisinin müdafiəçisi Yorrel Hato "Çelsi"yə transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

 

Tanınmış insayder Fabrisio Romanonun sözlərinə görə, yeni transfer London təmsilçisinə 43 milyon avroya başa gəlib.

 

Tərəflər arasında 2032-ci ilə qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, 19 yaşlı müdafiəçi ötən mövsüm "Ayaks"ın heyətində 31 matçda iştirak edib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.