"Beşiktaş" baş məşqçi Ole Qunnar Sulşerin istefaya göndərilməsi və onun əvəzinə Nuri Şahinin təyin edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Sport24.az xəbər verir ki, bununla bağlı İstanbul klubunun mətbuat xidməti bəyanat yayıb:

 

"Mətbuatda xarici mənbələrə istinadən baş məşqçimiz Ole Qunnar Sulşerlə yollarımızı ayıracağımız və Nuri Şahinlə müqavilə imzalayacağımız barədə yayılan xəbərlər yalandır".

 

Bir neçə gün öncə mətbuatda "Beşiktaş" rəhbərliyinin komandanın Avropa Liqasında uğursuz çıxışından sonra baş məşqçini dəyişəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, istanbullular Avropa Liqasının II təsnifat mərhələsində iki görüşün ümumi yekununa görə "Şaxtyor"a 2:6 hesabı ilə uduzub. Məhz bundan Nuri Şahin baş məşqçi postuna əsas namizəd kimi göstərilib