"Tottenhem"in hücumçusu Son Xın Min "Los-Anceles"lə şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosisal şəbəkə hesabında paylaşım edib.
33 yaşlı oyunçu London klubunun heyətində bazar günü Seulda "Nyukasl"la (1:1) yoldaşlıq oyununda meydana çıxıb. Bir gün əvvəl isə cənubi koreyalı 10 il formasını geyindiyi İngiltərə klubunu tərk edəcəyi bağlı qərarını açıqlamışdı.
Mənbənin sözlərinə əsasən, Son ABŞ klubu ilə müqavilə imzalamağı gözlədiyi üçün komanda ilə birlikdə İngiltərəyə qayıtmayıb.