"Qalatasaray" futbolçusu Davinson Sançesin transfer dəyərini müəyyənləşdirib. Sport24.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.
"Cim-bom" kolumbiyalı müdafiəçi üçün 35 milyon avro tələb edir.
Hazırda yığma ilə dünya çempionatında olan Davinsonun adı İngiltərə klubları ilə hallanır.
30 yaşlı futbolçu 2023-cü ildən "Qalatasaray"da çıxış edir. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.