"Astom Villa"nın və Belçika millisinin yarımmüdafiəçisi Amadu Onana ciddi zədə alıb. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

24 yaşlı futbolçu 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Belçikanın ABŞ üzərində 4:1 hesablı qələbə qazandığı görüşün 21-ci dəqiqəsində meydanı tərk etməyə məcbur olub. Müayinələr nəticəsində Onananın sağ dizinin ön çarpaz bağlarının qopduğu müəyyənləşib.

Qeyd edək ki, Amadu Onananın təxminən 7-8 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.