"Zirə"nin futbolçusu Qismət Alıyev Konfrans Liqasında sabah "Torpedo"ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, cinah oyunçusu matçdan əvvəl baş tutan mətbuat konfransında bunları deyib:
– Bizi yaxşı və təcrübəli komandaya qarşı oyun gözlyəir. "Torpedo" son illərdə avrokuboklarda daim iştirak edir. Bizim də yetərincə təcrübəmiz var. Sabah ən yaxşısını etməyə çalışacağıq ki, meydandan istədiyimiz nəticə ilə ayrılaq.
– Hava durumunu nəzərə alsaq, sabah çətin olmayacaq?
– Bundan əvvəl də isti havalarda oynamışıq. Problem yaradacağını düşünmürəm. Komanda şəklində oyuna hazırlaşırıq.
– Rəqibin hücum planında nələri qeyd edərdiniz?
– Məşqçilər rəqib haqda yetərincə tapşırıqlar veriblər. Onların heyətində hər an oyunu dəyişəcək fubtolçular var. İlk dəqiqələrdən diqqətli olmalıyıq.