"Argentina – Misir qarşılaşmasında favorit birmənalı şəkildə cənubi amerikalılardı. Futbolda heç vaxt əvvəlcədən nəticəni dəqiq söyləmək olmur və sürprizlər həmişə mümkündür. Amma bu oyunda belə bir nəticənin baş verəcəyinə çox da inanmıram". Bu sözləri Sport24.az-a açıqlamasında Elxan Abdullayev deyib.

Təcrübəli mütəxəssis dünya çempionatında 1/8 final mərhələsinin Argentina – Misir və İsveçrə - Kolumbiya qarşılaşmalarından gözləntilərini bölüşüb:


"Argentina həm heyət keyfiyyətinə, həm fərdi ustalığa, həm də komanda oyununa görə Misirdən xeyli üstündür. Bu komanda turnirin əsas favoritlərindən biridir və belə görüşlərdə üstünlüyünü meydanda göstərməyi bacarır. Əgər Argentina öz oyununu sərgiləsə, düşünürəm ki, növbəti mərhələyə yüksəlməkdə ciddi problem yaşamayacaq.

İsveçrə – Kolumbiya matçı isə mənə görə günün ən maraqlı və gərgin qarşılaşmalarından biri olacaq. Hər iki komanda intizamlı futbol oynayır, taktiki baxımdan hazırlıqlıdır və mübarizədən çəkinmir. Kolumbiyanın sürətli hücum xətti təhlükə yarada bilər, amma İsveçrə uzun illərdir böyük turnirlərdə qazandığı təcrübə ilə seçilir. Belə matçlarda məhz bu amil həlledici rol oynaya bilər. İsveçrəli futbolçular təzyiq altında daha soyuqqanlı qərarlar verməyi bacarırlar. Buna görə də üstünlüyü İsveçrəyə verirəm və hesab edirəm ki, gərgin mübarizədən sonra qələbə qazanaraq 1/4 finala yüksələcək".


Qeyd edək ki, Argentina - Misir görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. ilə üz-üzə gələcək. İsveçrə - Kolumbiya matçının start fiti isə saat 00:00-da səslənəcək.