"Kəpəz" iki futbolçu ilə vidalaşıb: Sport24.az xəbər verir ki, bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.

 

Qapıçı Yusif İmanov və yarımmüdafiəçi Camal Cəfərovla müddəti başa çatan müqavilə uzadılmayıb.

 

Qeyd edək ki, İmanov ötən mövsüm Gəncə klubunun heyətində 20, Cəfərov isə 13 oyunda meydana çıxıb.