"Parma"nın qapıçısı Dzion Sudzuki "Lids"ə keçməkdən imtina edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında məlumat yayıb.
İngiltərə klubu bu yay Yaponiya millisinin 23 yaşlı qapıçısının transferində maraqlı olsa da, qolkiper "Lids"in təklifini rədd edib.
Bir müddət əvvəl "Parma"nın Sudzuki üçün 30 milyon avro tələb etdiyi, "Lids"in isə 2031-ci ilə qədər müqavilə bağlamaq istədiyi bildirilirdi.
İngiltərənin daha bir təmsilçisi "Aston Villa" da Suzuki ilə maraqlanır. "Aslanlar" Emiliano Martinesin klubdan ayrılacağı təqdirdə yaponu mümkün transfer kimi nəzərdən keçirir.
Qeyd edək ki, Sudzuki ötən mövsüm "Parma"da 22 oyun keçirib və 30 qol buraxıb. Qolunun sınığı onu üç ay yarım yaşıl meydandan kənarda qalıb. Lakin o, DÇ-2026-ya qədər sıraya dönüb və mundialda Yaponiya millisinin əsas heyət üzvlərindən biri olub.