DÇ-2026-nın 1/8 final mərhələsinin Meksika ilə oyununda zədələnən ingiltərəli yarımmüdafiəçi Cordan Hendersonun son durumu məlum olub. Sport24.az xəbər verir ki, komandasının qələbəsini qeyd edən futbolçunun biləyi sınıb.

 

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Henderson əməliyyat olunacaq və mundialın qalan oyunlarında iştirak edə bilməyəcək.

 

İngiltərə 1/4 finalda Norveçlə qarşılaşacaq.