"Qarabağ"ın Avropa Liqasında "Vestri"yə qarşı keçirəcəyi oyuna bilet satışı davam edir. Sport24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə artıq 16 min 350 bilet satılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İyulun 9-da keçiriləcək matça saat 20:00-da start veriləcək.