"Səbail" növbəti futbolçu keçidini reallaşdırıb. Sport24.az xəbər verir ki, I Liqa təmsilçisi Vüsal Əliyevi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vüsal Əliyev son olaraq "Şahdağ Qusar"da çıxış edib.