İngiltərə yarımmüdafiəçisi Cud Bellingem DÇ-2026-nın 1/8 final mərhələsinin Meksika(3:2) ilə görüşündən sonra yığma komandanın oyunçuları ilə fəxr etdiyini bildirib. Sport24.az xəbər verir ki, meksikalılarla görüşdə dubl edən Bellingem millisinin potensialından bəhs edib:

 

"Komandaya nə verə biləcəyimi bilirəm. Şübhəniz olmasın, Meksika ilə görüşdə mənim etdiyimi təkrarlaya biləcək 26 oyunçumuz var. Ümid edirəm ki, bu qələbə hər kəsə ən yaxşı oyunçu olduğumuza və qorxacaq heç kimimiz olmadığına inam verir. Çox güclü bir komanda olduğumuzu anlamaq üçün qırx, əlli və ya altmış dəqiqə gözləməyə ehtiyac yoxdur. Biz ən yaxşıyıq, heç kimdən qorxmuruq. 

 

Meksika ilə oyunda inanılmaz bir şey etdik, buna şübhə yoxdur. Bundan zövq alacağıq. Səsimiz kəsilənə qədər təyyarədə mahnı oxuyacağıq. Amma bərpa olacağıq və Norveçi düşünərək dərhal işə qayıdacağıq".

 

Qeyd edək ki, İngiltərə 1/4 finalda Norveç önünə çıxacaq.