Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Vilfred Sinqo sıradan çıxıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Fil Dişi Sahili milli komandasının üzvü Super Liqanın 8-ci turunun "Beşiktaş"la matçında (1:1) ayaq əzələsindən zədələnib. 24 yaşlı mərkəz müdafiəçisinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, "Qalatasaray" Vilfred Sinqonu bu ilin avqust ayında "Monako"dan transfer edib. O. "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.