"Real"ın baş məşqçisi Xabi Alonso İspaniya çempionatının 8-ci turunda "Vilyarreal"lə oyunda (3:1) hücumçu Kilian Mbappenin aldığı zədədən danışıb. Sport24.az xəbər verir ki, forvard görüşün 83-cü dəqiqəsində əvəzlənib.
0, 81-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.
Oyundan sonra Xabi Alonso jurnalistlərə deyib ki, Mbappenin topuğunda yüngül problem var: "Gözləyəcəyik, vəziyyətini izləməyə davam edəcəyik. İndi o, milli komandasının düşərgəsinə qoşulacaq".
İslaniya mətbuatı isə yazır ki, Kilian Mbappenin zədəsinin nə dərəcədə ciddi olduğu hələlik məlum deyil. Amma belə bir ehtimal var ki, futbolçu Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan (10 oktyabr) və İslandiya (13 oktyabr) millilərinə qarşı keçirəcəyi oyunları buraxa bilər.
Bu mğvsüm ərzində Mbappe "Real"ın heyətində bütün turnirlərdə 12 oyun keçirib, 14 qol vurub və 1 məhsuldar ötürmə edib.