Bu gün Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb. Sport24.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan yığmasının altı idmançısı tatami üzərinə çıxıb.

 

Nihad Məmişov və Fərid Qarayev (hər ikisi – 60 kq), Məmməd Musayev və Nizami İmranov (hər ikisi – 66 kq), həmçinin Aydan Vəliyeva və Xədicə Qədəşova (hər ikisi – 52 kq) mübarizəyə qoşulub.

 

Fərid Qarayev və Nizami İmranov ilk görüşlərində qələbə qazanıblar, Xədicə Qədəşova isə rəqibinə uduzub.

 

Turnir oktyabrın 7-dək davam edəcək.