"Karvan-Yevlax" -"Sabah" matçından sonra baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. Sport24.az xəbər verir ki, qonaqların çalışdırıcısının ardından kameralar qarşısına baş məşqçisi Azər Həşimov media çıxıb.
- İki qol buraxdıq. İkinci hissədə tirdən qayıdan topumuz oldu. Əvəzetmələr də etdik, alındıra bilmədik. "Sabah"ı qələbə münasibəti ilə təbrik edirəm.
- Qol vura bilmədiyiniz oyunların sayı beşə çatdı. Həyəcan təbilinin vaxtıdı?
- İki hücumçumuz var. Mikels zədəlidi. Uğuru ikinci hissədə meydana buraxdıq.
- Ötən turun ən yaxşısı Kamran kobud səhv üzündən qol buraxdı.
- Xeyr. "Doqquzluğ"a gedən top idi. Çox vaxt belə toplar olmur. Məncə, rəqib daha yaxşı oynasa da, qolları bəxtsizlik üzündən buraxdıq.
- Yevlaxa nə vaxt qayıdırsız?
- PFL gəlib baxmalıdı. Yaxın günlərdə reallaşacaq. Demək olar ki, bütün oyunları səfərdə keçiririk.
- Mikelsin bu tur oynayacağını demişdiz…
- Həkimlər belə məsləhət gördü. Milli fasilədə tam özünə gələcək.