Futbol üzrə Türkiyə Super Liqasının 10-cu həftəsinin hakimləri açıqlanıb. Sport24.az xəbər verir ki, "Qalatasaray" - "Beşiktaş" derbisini Arda Kardeşler idarə edəcək.

 

Ceyhun Sesigüzel və Süleyman Özay onun köməkçiləri olacaq. Muhammet Ali Metoğlu isə matçın 4-cü hakimi funksiyasını yerinə yetirəcək.

 

FİFA lisenziyalı hakim karyerasında ilk dəfə bu derbidə fit çalacaq.

 

Qeyd edək ki, İstanbul derbisi 28 oktyabrda baş tutacaq.