"Monako" Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Srvena Zvezda"nı (Serbiya) məğlub edib – 5:1. Sport24.az xəbər verir ki, Fransa təmsilçisi 20 il sonra avrokuboklarda 5 qol vurub.

 

"Monako" sonuncu dəfə 2004-cü ildə İspaniyanın "Deportivo" komandasını 5:0 hesabıyla məğlub etmişdi.

 

Fransa təmsilçisi bu mövsüm 11 oyundur, uduzmur.