Veteran MMA döyüşçüsü Andre Mussi 48 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, o, məşqdən sonra qəflətən huşunu itirib.

 

Braziliyalı dərhal xəstəxanaya aparılıb. Amma həyatını xilas etmək mümkün olmayıb. Mussinin ölüm səbəbi bilinmir.

 

Qeyd edək ki, Andre Mussi 2010-cu ildə peşəkar karyerasını yekunlaşdırıb. O, rinqə çıxdığı 16 döyüşün 11-də qalib gəlib.