Fransanın "Monpelye" klubunun yeni baş məşqçisi açıqlanıb. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisinin sükanı Jan-Lui Qasseyə tapşırılıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəsisslə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

 

Qasse son olaraq ötən mövsümün ikinci dövrəsində "Marsel"ə rəhbərlik edib.

 

"Monpelye" Liqa 1-də 8 turdan sonra 4 xalla 18-ci sıradadır.