"Bayer"in hücumçusu Viktor Bonifeys Çempionlar Liqasında bu gün "Brest"lə oyunu buraxacaq. Sport24.az xəbər verir ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşən futbolçu bu səbəbdən Fransa təmsilçisi ilə matçda oynamayacaq.

 

23 yaşlı oyunçunun ciddi zədəsi yoxdur. Buna baxmayaraq, məşqçilər heyəti oyunçuya istirahət verib.

 

"Brest" – "Bayer" oyunu saat 20:45-də başlayacaq.