"Fənərbağça" "Atletiko"nun futbolçusu Reinildo Mandava ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

İstanbul klubu qış transfer dönəmində 30 yaşlı sol cinah oyunçusunu mövsümün sonuna kimi icarəyə götürmək istəyir.

 

Mandava bu mövsüm "Atletiko"da 11 oyunda meydana çıxıb.