"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasında bu gün "Bavariya"ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

 

"Hər oyuna ciddi hazırlaşırıq. "Bavariya"nın həyatımda xüsusi yeri var, amma indi yeni səhifə açmışam. "Barselona"da olmaq böyük zövqdur. Azarkeşlər komanda üçün hər şeyi edir. Biz də bunun qarşılığını göstərməliyik".

 

"Barselona" – "Bavariya" oyunu saat 23:00-da start götürəcək.