"Samsunspor" klubunun prezidenti Yüksel Yıldırım "Qalatasaray" azarkeşi olmağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, funksioner ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

 

"1960-cı ildə doğulmuşam, həmin vaxt "Samsunspor" klubu yaranmamışdı. Məhəllədə hər kəs "Fənərbağça" və "Qalatasaray" azarkeşi idi. Brayan Birx vaxtında "Qalatasaray" ardıcıl üç mövsüm çempion oldu və mən də bu komandaya azarkeşlik etməyə başladım.

 

İndi də "Qalatasaray" çempionluqlar qazanır və yeni nəsil "cim-bom" fanatı olur. Bu işlər belədir.

 

Uşaq vaxtı "Qalatasaray" azarkeşi olmuşuq deyə, bizi edam edirlər. Daha bəsdirin".