"Mançester Siti" Enzo Mareskanı komandanın yeni baş məşqçisi təyin edib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssislə üş illik müqavilə imzalanıb.

ə

46 yaşlı çalışdırıcının son iş yeri "Çelsi" olub. O, 2024-cü ilin iyulundan 2026-cı ilin yanvarınadək London klubuna rəhbərlik edib. Mareska bu müddətdə "Çelsi" ilə UEFA Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.

İtaliyalı mütəxəssis 2023/24 mövsümündə "Lester"i çalışdırıb. Bundan əvvəl isə bir il "Mançester Siti"də Xosep Qvardiolanın məşqçilər korpusunda yer alıb. O, həmçinin 2020/21 mövsümündə "şəhərlilər"in gənclər komandasının baş məşqçisi olub.