"Dünya çempionatında azarkeşlik etdiyim iki komanda var. Bunlar Fransa və Seneqaldır". Bu sözləri Sport24.az-a açıqlamasında vaxtilə ölkəmizdə "Qəbələ" və "Neftçi"nin formasını geyinmiş Baqali Dabo deyib.

Mundialın maraqlı və sürprizlərlə dolu keçdiyini söyləyən veteran hücumçu Fransa yığmasının finala yüksəlmək ehtimalının çox olduğunu bildirib.

O, Argentina və Portuqaliyanı da favoritlər arasında gördüyünü söyləyib.

Qeyd edək ki, Baqali Dabo Fransa və Seneqal vətəndaşlığına sahibdir.