AFFA-nın yeni texniki direktoru məlum olub. Sport24.az xəbər verir ki, bu vəzifəyə niderlandlı Edmond Klaus gətirilib.

 

Bu barədə AFFA İcraiyyə Komitəsində qərar qəbul edilib.

 

Niderlandlı funksionerin son iş yeri "Ayaks" akademiyası olub. O, burada texniki koordinator və müvəqqəti akademiya rəhbəri kimi fəaliyyət göstərib. Bundan başqa, Klausun Çin futbolunda da təcrübəsi var. O, Çin U-20 millisində məşqçi və gənclər futbolunun inkişafı üzrə rəhbər vəzifələrdə çalışıb.

 

AFFA-nın əvvəlki texniki direktoru Cahangir Həsənzadə idi.