"Fənərbağça" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın yeni transferi Vedat Muriqi zədələnib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məşqdə xəsarət alan hücumçu meydançanı xərəkdə tərk edib.
Muriqinin son durumu MRT müayinəsindən sonra bilinəcək.
"Fənərbağça" kosovolu hücumçunu bu yay "Malyorka"dan 15 milyon avroya transfer edib.