"Çelsi" klubu Enzo Mareskanın "Mançester Siti"yə baş məşqçi təyin olunmasından sonra rəsmi bəyanat yayıb. Sport24.az xəbər verir ki, London təmsilçisi 2025/2026 mövsümündə yaşanan uğursuzluğun əsas səbəblərindən birinin Mareskanın mövsümün gedişində istefa verməsi olduğunu bildirib.

 

Klubun açıqlamasına görə, italiyalı mütəxəssis hələ 2025-ci ilin payızında mövsümün sonunda Xosep Qvardiolanı əvəzləmək istədiyini rəhbərliyə çatdırıb. Daha sonra isə 2025-ci ilin dekabrında istefa verərək vəzifəsindən ayrılıb.

 

Bəyanatda qeyd olunub ki, "Çelsi" oyunçuların və klubun maraqlarını qorumaq üçün istefanı qəbul edib. Həm "Mançester Siti", həm də Mareska ilə kompensasiya ödənişini nəzərdə tutan məxfi razılaşmalar əldə olunub.

 

Qeyd edək ki, Enzo Mareska "Mançester Siti" ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.