"Bornmut"un və Ukrayna millisinin müdafiəçisi İlya Zabarnıy PSJ-yə keçib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə, Fransa klubu 22 yaşlı ukraynalının transferi üçün qarşı tərəfə 68 milyon avro ödəyəcək. Yaxın günlərdə onun keçidi rəsmi açıqlanacaq.   

 

Qeyd edək ki, Kiyev "Dinamo"sunun yetirməsi olan müdafiəçi ötən mövsüm 39 oyunda meydana çıxıb.